"Qalatasaray" qələbə sayəsində 12-ci pilləyə yüksəldi

İDMAN
23:32 / 18.04.2022
1365

Futbol üzrə Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyununda "Qalatasaray" evdə aşağı dəstəyə düşməsi dəqiqləşən "Yeni Malatyaspor"la qarşılaşıb. "NEF Stadionu"nda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Cim-Bom"un heyətində qolları 51-ci dəqiqə Rayan Babel və 53-cü dəqiqədə Halil Dervişoğlu vurublar.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Qalatasaray" 12-ci sıraya yüksəlib. 20 xalı olan "Yeni Malatyaspor" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 72 xalla "Trabzonspor" başçılıq edir.

1