İnsan qanıyla rəsm çəkən rəssam 83 yaşında öldü

DÜNYA
20:40 / 19.04.2022
1313

Əsərlərində insan qanı və heyvan sümüklərindən istifadə edən avstiyalı rəssam Herman Nişç (Hermann Nitsch) vəfat edib.

Qaynarinfo bu barədə "France 24” saytına istinadən xəbər verir.

Nişç 1960-ci illərə aid radikal avanqardçı "Aksionistlər” axınına mənsub olub. Qrup heyvan cəsədlərinin dərisini çıxarmaq, insan bədənini bağlamaqla, öz işlərində insanı qanı, palçıq və sidikdən istifadə etməklə məşhur olub.

Nişc həmçinin özünün qırğın və dini qurbanetməni göstərən "Orgies Mysteries” performans şou teatrı ilə tanınır. 

Onun sonuncu şousu 2015-ci ildə Siciliyada göstərilən çarmıxa çəkilmiş heyvanlar şousu olub. Bu performasına görə, heyvan haqqları qruplarının qəzəbinə tuş gəlmişdi.

Qeyd edək ki, Avstriya və İtaliyada Nişçin işlərinə həsr olunmuş iki muzey var.  

0