Putin Paşinyanla "3+3" regional əməkdaşlıq platformasından danışdı

DÜNYA
23:56 / 19.04.2022
1244

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Cənubi Qafqazda "3+3" regional əməkdaşlıq platformasının uğurla fəaliyyə başlamasından danışıblar.

32gun.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda bildirilib.
"Tərəflər bütün region ölkələri arasında dialoqu və çoxplanlı əməkdaşlığı inkişaf etdirmək üçün əlavə imkanlar yaradan "3+3" Regional Əməkdaşlıq Platformasının uğurla fəaliyyətə başlamasını qeyd ediblər", - deyə bəyənatda qeyd olunub.

0