Ürək çatışmazlığı olanlar gündə neçə addım atmalıdır?

MARAQLI
13:52 / 27.07.2023
512

Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, yerimək ürək çatışmazlığı olan insanların sağlamlığını 12 həftə ərzində yaxşılaşdıra bilər. 

HİT.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "JACC: Heart "Failure jurnalında dərc olunub.

Tədqiqatda ürək çatışmazlığı olan 425 insan iştirak edib, 40,9% azalmış ejeksiyon fraksiyasına malik olub. Tədqiqatçılar fiziki məhdudiyyətləri, simptomların tezliyini, həyat keyfiyyətini və sosial məhdudiyyətləri nəzərə alan 100 ballıq KCCQ şkalası ilə xəstələrin sağlamlığını qiymətləndiriblər. Nə qədər yüksək bal olarsa, iştirakçının sağlamlığı da bir o qədər yaxşı olar. KCCQ ballarında beş və ya daha çox bal dəyişiklikləri infarkt və insult riskinə təsir göstərə bilər.

Təcrübənin sonuna qədər addım sayını gündə 2000 artıranların ümumi KCCQ balında addım sayında dəyişiklik olmayan iştirakçılarla müqayisədə 5,2 ballıq artım olub. Ümumiyyətlə, ən yaxşı nəticələr gündə təxminən 5 min addım gedən xəstələrdə görülüb, lakin 2-3 min addım arasında KCCQ ballarını əhəmiyyətli dərəcədə artırıb.

Alimlər hesab edirlər ki, fitnes saatlarından istifadə etməklə əldə edilən addımların sayının azalmasına dair məlumatlar ürək çatışmazlığı olan xəstələrin diqqətli monitorinqinin zəruriliyini göstərə bilər.

Samir

0