Kinematoqrafçılar İttifaqının yeni sədri nə vaxt seçiləcək? - AÇIQLAMA 

17:43 / 11.08.2023
596

Sentyabr ayında Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçirilə bilər.

Bu barədə Hit.az-a açıqlamasında ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib. O bildirib ki, indidən yeni ittifaq sədrinin kimliyi haqqında açıqlama vermək tezdir: 

“Görüləsi işlər çoxdur”.

"Xalq artisti Rasim Balayev qurultayda yenidən namizəd olacaq" sualına Əli İsa Cabbarovun cavabı belə oldu:

“Rasim müəllim bizim ittifaqın, kinomuzun lideridir. Qurultay olacaq və orada ən düzgün qərar veriləcək”.

Azra

0