Türkiyənin “TRT1” telekanalının reytinqləri alt-üst edən serialı “Teşkilat”la bağlı gözlənilməz dəyişiklik yaşanıb.
Hit.az xəbər verir ki, heyətə yeni qatılan məşhur aktyor Serhat Kılıçla yollar ayrılıb.
Belə ki, sənətçi boynundakı ağrılar səbəbilə layihənin yeni mövsümünün ilk gün çəkilişlərinə qatıla bilməyib. Daha sonra həkimə gedən aktyorda boyun yırtığı olduğu üzə çıxıb.
Bu səbəbdən həkimlər 3 həftə ərzində Serhat Kılıça dava-dalaşlı səhnələrdə çəkilməyi qadağan edib. Ardınca isə sənətçi “Teşkilat”dan ayrılıb. Hazırda onun obrazı üçün başqa aktyor axtarılır.
Pərviz


