Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı - FOTO

MƏDƏNİYYƏT
17:17 / 06.09.2026
41

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar İslam oğlu Tağıyev vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Digər əmrlə, Ağayev Vüsal Vəzir oğlu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib. Qeyd edək ki, V.Ağayev bu təyinatadək Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi olub.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bu vəzifəyə 2026-cı ilin aprel ayında təyin edilmişdi.

0