Ərdoğan-Bayden görüşünün pərdəarxası: "Münasibətlərdə yenilik gözləniləndir"

DÜNYA
14:57 / 28.08.2023
678

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edəcək. Səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub.

Maraqlıdır, səfər zamanı hansı məsələlər müzakirə oluna bilər? Səfərin məqsədi nədir?

Hit.az-a açıqlamasında politoloq Teymur Qasımlı bildirib ki, burada pərdəaraxsı məqamlar da var:

"Ərdoğan birinci Hindistana səfər edib, liderlərin G-20 görüşündə iştirak edəcək. ABŞ-a səfəri isə sentyabrdadır. Ənənəvi olaraq Birləşmiş Millətlər Təşkilatının sessiyası olur. Dünya liderləri orada çıxış edir. Taxıl sözləşməsi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsi barədə dünya liderləri görüşəcək. Ola bilsin, ABŞ prezidenti Co Baydenlə Türkiyə-ABŞ münasibətləri, yuxarıda sadaladığım məsələlər müzakirə edilsin. Səfərin əsas məqsədləri bunlardır. Digər məsələlər diplomatik və pərdəarxası münasibətlərlə davam edir. Onun Rusiya Prezidenti Vladimir Putinlə də görüşü gözlənilir. Türkiyənin ABŞ-la münasibətlərində bir yenilik etməsi də gözləniləndir. Çünki ABŞ F-35-lə bağlı öhdəliklər götürüb. Bununla da bağlı görüşmək və önəmli məsələləri müzakirə etmək planlaşdırıla bilər".

Aynur Əli

0