Vüqar Qurbanov bu qurumlara müdirlər təyin edəcək - SİYAHI

15:55 / 23.11.2023
348

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki bir sıra tibb müəssisələrinin maliyyə şöbələrinə yeni müdirlər təyin ediləcək.

TƏBİB-dən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan vəzifələr ilə bağlı çoxsaylı müraciətlər daxil olub:
Ətraflı

“TƏBİB-in veb sayt və sosial media hesablarından 04.10.2023-cü il tarixində paylaşılan tabeli tibb müəssisələrində maliyyə şöbəsinin müdiri vakansiyaları elan olunduqdan sonra bu barədə çoxsaylı müraciətlər daxil olub. Prosedur qaydalarına uyğun olaraq, müraciətlərə baxış keçirildikdən sonra uyğun hesab edilən namizədlər imtahan mərhələsinə cəlb ediləcək. İmtahandan uğurla keçmiş namizədlərin müvafiq vəzifələr üzə işə qəbul prossesi həyata keçiriləcək”.

Qeyd edək ki, TƏBİB oktyabrın 4-də aşağıdakı tibb müəssisələri üçün maliyyə şöbəsinin müdiri vəzifəsi üzrə vakansiyalar elan edib:

• Respublika Neyrocərrahiyyə Xəstəxanası;

• Xətai Tibb Mərkəzi;

• Respublika Endokrinoloji Mərkəzi;

• Qubadlı Rayon Mərkəzi Xəstəxanası;

• Qobustan Rayon Mərkəzi Xəstəxanası;

• Siyəzən Rayon Mərkəzi Xəstəxanası;

• Biləsuvar Rayon Mərkəzi Xəstəxanası;

• Masallı Rayon Mərkəzi Xəstəxanası;

• Astara Rayon Mərkəzi Xəstəxanası;

• Sabirabad Rayon Mərkəzi Xəstəxanası;

• Tərtər Rayon Mərkəzi Xəstəxanası;

• Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası;

• Bərdə Rayon Mərkəzi Xəstəxanası;

• Qax Rayon Mərkəzi Xəstəxanası

• Şəmkir Rayon Mərkəzi Xəstəxanası.

Xatırladaq ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur.

0