Millimizin kapitanı Səudiyyə Ərəbistanı klubunda

11:03 / 28.01.2024
333

Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bunu yarımmüdafiəçi sosial şəbəkə hesablarında etdiyi paylaşımında təsdiqləyib. Müqavilə ilə Rusiya "Krasnodar"ına məxsus olan yarımmüdafiəçi icarə əsasında “İstern Fleyms” klubuna keçib.

Sözügedən komanda hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 8 komanda arasında 7-ci pillədə qərarlaşır.

0