Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

15:32 / 27.03.2024
410

Son günlərdə sürpriz bir iddia gündəmi zəbt edib. 

Belə ki, Rusiyanın Fransa Prezidenti Emmanuel Makrona sui-qəsd edə biləcəyi ilə bağlı iddialar səsləndirilir. Hətta Makronun da bu ehtimaldan ciddi şəkildə qorxduğu və təhlükəsizlik tədbirlərini artırdığı deyilir. 

Ümumiyyətlə, belə bir ssenarinin həyata keçmə ehtimalı nə dərəcədə realdır? Putin bu addımı ata bilər?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, əslində bir neçə aydır Emmanuel Makrona qarşı sui-qəsd planı hazırlandığı iddia olunur:

346642

"Hətta Fransa Prezidentinin Kiyevə səfəri zamanı ona qarşı sui-qəsd ola biləcəyinə dair xəbərlər yayılmışdı. Makron da daha sonra səfəri təxirə saldı. Son günlərdə isə Emmanuel Makronun mühafizəni gücləndirdiyinə dair xəbərlər tirajlanır. O, xüsusilə Yenisey sarayının mühafizəsini güclü tutmağa çalışır".

Politoloq hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Emmanuel Makrona qarşı sui-qəsdlə bağlı hansısa əmr verməyəcək:

"Çünki bu gün Rusiyanın küncə sıxışdırılmasında əsas rolu Fransa lideri oynamır. Üstəlik, Makron Putinlə müqayisədə güclü bir fiqur deyil. O baxımdan, Kreml rəhbərinin bu addımı atacağını zənn etmirəm. 

Əgər Putin belə bir addım atsa, onsuz da pis olan vəziyyətini bir az da çətinləşdirər. Bundan başqa, onun işğalçı imici terrorçu imici ilə dəyişər. Bütün bunlara görə, Vladimir Putinin belə bir ağılsız qərar verəcəyinə inanmıram".

Pərviz

0