"Parlament seçkilərinin bütün ərazilərimizdə keçirilməsi çox vacib idi" - Ekspert

SİYASƏT
10:05 / 03.09.2024
353

"1 sentyabrda keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycan tarixində dövlət quruculuğu prosesində zəruri hadisə kimi qalacaq".

Bunu siyasi ekspert Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, parlament seçkilərinin keçirilməsi Vətən müharibəsindən sonra labüd idi:

"Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra belə bir addıma ciddi ehtiyac var idi. Cəmiyyət tərəfindən seçilmiş hakimiyyət orqanlarının bütün Azərbaycan üzrə formalaşdırılması qarşıdakı vəzifənin əsasını təşkil edirdi. Xalq tərəfindən seçilmiş hakimiyyət orqanları dedikdə Prezident, parlament və bələdiyyələr nəzərdə tutulur".

357336

Ekspert vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra uğurla həm prezident, həm də parlament seçkiləri keçirdi:

"Biz suveren Azərbaycanın bütün ərazilərində prezident və parlament seçkiləri keçirməyə nail olduq. O nöqteyi nəzərdən, bu seçkilərin çox vacib idi. Növbədə isə yerli özünüidarə orqanları olan bələdiyyələrlə bağlı seçkilər dayanır. Azərbaycan bunu da yaxın aylarda həyata keçirəcək". 

Aydın Quliyev qeyd edib ki, parlament seçkilərinin suveren Azərbaycanın bütün ərazilərində keçirilməsi olduqca mühüm idi:

"Üstəlik, Azərbaycan bu vacib missiyanı öhdəsindən də uğurla gəldi. Seçkilər tam şəffaf, demokratik və ədalətli mühitdə keçirildi. Hansısa qanun pozuntuları da rast gəlinmədi. Bununla da antiterror əməliyyatlarından sonra nümayəndəli hakimiyyət orqanlarının formalaşdırılması üçün ikinci mühüm addımı atdıq. Artıq geriyə sadəcə bələdiyyə seçkiləri qalıb". 

Pərviz

0