Stalinin qurban verdiyi xalq və 9 may...

SİYASƏT
16:07 / 09.05.2020
1485

9 mayda əldə edilən qələbə kimə aiddir? - Stalinə, yoxsa qələbə üçün qurban verilən milyonlarla insana?..

Azər Qaramanlı

9 mayı qələbə günü olaraq qeyd eləmək goğrudurmu? Məncə deyil. Bu günü Stalin və Hitler arasında gedən müharibənin milyonlarla qurbanının anım günü kimi qeyd eləmək daha doğru olar.

Bu 9 maya qədər gedən yolda ölən 10 milyonlarla insanın məşəqqətli ölümü bunu tələb edir. O insanların qarşısında olan borcumuz bunu zəruri edir.
Stalinin Berlini işğal etməsini isə 75 ildən sonra siyasi təşviqat predmetinə çevirmək doğru deyil. Sadəcə o müharibəyə, o dəhşətə və inanılmaz vəhşiliklərə etirazımızı ortaya qoymalıyıq və o vəhşiliklərin qurbanları qarşısında ehtiram nümayiş etdirməliyik. O vəhşiliklər və dəhşətlər isə təkcə Hitlerin və faşizmin əməli deyildi. Stalin və bolşevizmin tötətdikləri də heç də fərqli deyildi və öz miqyasına görə daha böyükdü.

Adicə bir misal, ya da ststistika göstərmək olar. Adına böyük vətən müharibəsi deyilən, o dəhşətli müharibdə SSRİ-nun nə qədər itki verdiyi hələ də mübahisə obyektidir. Sovet dərslik kitablarında bu rəqəm 20 milyon göstərilirdi. Sonra 30 milyon, hətta qırx milyon dedilər. Bir neçə gün əvvəl isə Putin bu rəqəmi 27 milyon olaraq dəqiqləşdirdi. Lakin onunla razılaşmayanlar da çoxdur və böyük əksəriyyət bu müharibədə 40 milyon itki verildiyini təqribi olaraq söyləyirlər. Və bu statistikaya arxa cəbhə dedikləri qeyri-döyüş şəraitində aclıqdan ölən milyonlarla insan daxil deyil. Təkcə Azərbaycanda milyondan artıq insanın acından öldüyü söylənilir. Biz bu statistikanı heç bir vaxt dəqiqləşdirə bilməyəcəyik. Ancaq onu bilirik ki, qurbanların sayı göstərilənlərdən qat-qat çoxdur.

SSRİ bu itkiləri bir cəbhədə döyüşərək verib. Amma Almaniya üç cəbhıdə -Afrika, Qərb və Şərq cəbhəsində vuruşaraq cəmi 6 milyon itki verib və bu statistika SSRİ-nin və Rusiyanın statistikasından fərqli olaraq doğrudur. 40 milyona nisbıtdə çox azdır deyilmi? Məntiqlə almanlar daha çox itki verməli idilər. Çünki həm hücum edən tərəf idilər, həm də üç ayrı cəbhədə vuruşurdular. Bəs hansı səbəbdən Qızıl Ordu Vermaxtdan 6-7 dəfə (almanlarln digər cəbhələrdə verdikləri itkiləri də nəzərə alarsaq 10 dəfə) çox itki vermişdi?

Səbəb çox adi idi. Stalin və bolşeviklər üçün insan faktoru heç bir zaman rol oynamamışdı. Müharibəyə qədər də, müharibədə də, müharibədən sonra da. Təkcə bu gün hər kəsin qürurla danışdığı Stalinqrad savaşında Almanların 500 minlik ordusu qarşısında Stalinin ordusu 5 milyona yaxın itki vermişdi. Sonradan Paulsun ordusundan 300 min nəfər əsir düşmüşdü. Yəni 5 milyona qarşı almanların itkisi 200 min idi və bu itkinin böyük əksəriyyəti gülıədən və açılan atəşlərdən deyil, mühasirəyə alındıqdan sonra donmadan və aclıqdan baş vermişdi.

"Xalqların atası" öz adını daşıyan şəhəri sadəcə milyonların cəsədi ilə müdafiə etmişdi və əslində marşal Jukovun Stalinqrad aavaşında tək bit strategiyası mövcud idi. O qədər cəsəd olmalıdır ki, almanlar bu cəsədlərin üzərindən keçib Volqanı aşa bilməsinlər. Stalinin şanlı marşalı milyonlarla insanı sadəcə gülıə və top atəşlərinin qarşısına qoyaraq müharibənin taleyini dəyişməyə nail olmuşdu. Hələ tarixdə heç bir döyüşdə bu miqyasda itki verilməmişdi və bu itki ümumilikdə Stalin rejiminin nə qədər narsist olduğunun isbatıdır.

Eyni mənzərə Moskva altında, Leninqradda və Kurskda təkrar olunmuşdu. Yəni qələbə rus xalqının və digər xalqların mətanəti və əzmi sayəsində əldə edilməmişdi. Rus xalqı və digır sovet xalqları sadəcə qələbə üçün qurban verilmişdi. Bu doğrudan dəhşətlidir bə məncə başarısız Stalin rejiminin ən böyük cinayətlərindən biridir.

Yəqin çoxları bilmir ki, 1947-ci ildə Stalin qələbə bayramını ləğv etmişdi. 1947-ci ildən sonra qələbə paradı da keçirməmişdi. Çünki Stalinə cəbhədən qayıdan qəhrəmanlar lazım deyildi. O, qəhrımanlar Stalinin sonsuz və mütləq hakimiyyəti üçün təhlükəliydi. Müharibədən sonra "xalqların atasına" işçi qüvvəsi lazım idi və o cəbhıdən qayıdanların artıq "əmək cəbhəsində" öz canları hesabına böyük şücaətlər göstərməsini istəyirdi. Müharinədən əlil qayıdan 500 min insan isə ya təqaüd almır, ya sa qəpik-quruş alırdı. Bu insanların sa yarıdan çozu acından ölmüşdü.

"Xalqların atası"nın və bolşevizmin sosial-siyasi sistemi bundan ibarət idi və bu sistem nasizmdən daha zalım idi. Stalinin NKVD-si isə Hitlerin SS-dən və gestaposundan daha çox cəllad idi.

Müharibə dönəmində SSRİ-nin bu qədər çox qurban verməsinin səbəbi də bu idi. Yəni Stalin və bolşevizm öz xalqına qarşı Hitler və nasizmdən qat-qat qəddar olması idi. Məhz bu faktor SSRİ-nin Almaniyadan 10 dəfə çox itki verməsinə səbıb olmuşdu. Ona görə də Stalinqraddan Berlinə qədər uzanan yol milyonların məşəqqəti və Stalinin qələbəsəydi. Bu uydurma sovet xalqının qəıəbəsi deyildi, bu aovet imperiyasında zorla tutulan xalqların qurban verilməsi nəticəsində Stalinin qələbəsəydi.

Bəs bu qədər böyük qurban verilməsəydi, faşist Almaniyası ilə müharibədə qələbə qazanmaq mümkün idimi? Mümkün idi. Əgər Stalin Hitleri bəsləməsəydi, əgər 37-ci illdən 41-ci ilə qədər SSRİ Almaniyanı taxıl, neft və metalla təmin etməsəydi və əgər 39-cu ildə gizli Molotov-Ribbontrop paktı imzalqnmasaydı və Polşa fakitiki olaraq Stalinlə Hitler arasında bölüşdürülməsəydi. İkinci Dünya Müharibəsinin başlanğıcından, yəni 1939-cu ildən 1941-ci iyuluna qədər ilə qədər Stalin Hitlerin və nasizmin müttəfi kimi çıxış etməsəydi, nə bu qədər qurban veriləcək, nə də nasizm o qədər güclənıcəkdi. Bütün bunlar olmasaydı, SSRİ xalqları da qurban verilməyəcək və bəlkə də o dəhşətli müharibə də olmayacaqdı.

Bütün bunlar tarixi həqiqətdir və tarixi həqiqət bizdən həmçinin Stalinin qələbəsini deyil, qurbanların xatirəsini ehtiramla qeyd ettməyi tələb edir...

0
Pia.az