Bu dondurmaları yeməyin, yoxsa...

SAĞLAMLIQ
21:21 / 13.06.2024
600

Yay fəslində insanların ən çox üstünlük verdiyi qidalardan biri də dondurmadır.

Lakin bəzi istehsalçılar bu faydalı qidanı insan orqanizmi üçün ciddi təhlükə mənbəyinə çevirirlər. 

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. 

26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. 

Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, dondurma tez həzm olunan süd məhsuludur: 

“Buna görə dondurmanın istehsalında tam kərə yağından istifadə olunur. Lakin bəzi hallarda standartlar və yaxud texniki şərtlər daxilində bitki yağından da istifadə oluna bilər. Bitki yağlarının içərisində kokos yağı ən üstündür. Digər bitki yağlarından dondurmada istifadəyə dair texniki şərt və ya standart yoxdur. Lakin istehlakçıların verdiyi məlumatlara görə dondurmanı istehlak edən zaman boğazda acılıq verir. Bu o deməkdir ki, həmin dondurmanın istehsalında ya vaxtı keçmiş kərə yağından, ya da bitki yağlarından istifadə olunub. İstehlakçılar tərəfindən gələn zənglərdə əsasən deyirlər ki, istehsalçılar qışda külli miqdarda dondurma istehsal edirlər, daha sonra onlar bazara çıxarılır, vaxtı keçmiş dondurma olur".

Sevinc

1