Sünnət əməliyyatından öncə uşaqlar niyə müayinə edilmir?

SAĞLAMLIQ
23:30 / 09.07.2024
300

Məlumdur ki, Bakıda sünnət edilən 4 aylıq körpə vəfat edib.

Qeyd edək ki, zamanla bu kimi problemlər yaşanıb.

Maraqlıdır, sünnət edilən uşağın ölməsinə səbəb nədir?

Pediatr Mətanə Əliyeva Hit.az-a deyib ki, sünnətdən öncə uşaq mütləq müayinə edilməlidir:

“Cinsiyyət üzvündə və xayalarda hər hansı problemin olub-olmadığı əməliyyatdan öncə bilinməlidir.. Həkim bunu öncədən aşkar etməli, ailəyə məlumat verməli və bu xəstəliklərin cərrahi yolla düzəlməsinə uyğun vaxt ayırmalıdır. Sünnət əməliyyatdır, nəzərə almaq lazımdır ki, bu əməliyyat geri dönüşü olmayan fəsadlara səbəb ola bilər”.

Pediatr onu da bildirib ki, əməliyyatı icra edərkən diqqətli olmaq lazımdır:

“Bundan başqa, qanaxma problemləri olur və bu zaman sağalma prosesi ləng gedir. Sovet dövründə bu əməliyyatın həkimlər tərəfindən icra edilməsinə icazə verilmirdi deyə, dəlləklər icra edirdi. Dünyanın heç bir ölkəsində sünnət dəlləklər tərəfindən icra edilmir, yalnız həkimlər tərəfindən icra edilir. Bu, təkcə Azərbaycanda belədir. Xalq maarifləndikcə həkimlərə müraciət edənlərin də sayı artır”.

Sevinc

0