Uşaqlar kondisioner olan otaqda durmalıdır ?

SAĞLAMLIQ
19:25 / 15.07.2024
352

Son günlər ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. 

İsti havadan qorunmaq üçün müxtəlif növ sərinləsdirici vasitələrdən istifadə olunur. Həkimlər isə israrla uşaqların kondisioner havasında daranmasını düzgün hesab etmir.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, kondisionerin ziyanlı tərəfləri çoxdur:

 "Kondinsionerin filtrləri müxtəlif xəstəliktörədiciləri özündə saxlayır. Bu səbəbdən filtrlər vaxtaşırı təmizlənməlidir. Çöldə 40 dərəcə istilik varsa, evdə birdən-birə temperaturu 18 dərəcəyə salmaq olmaz. Uşaq orqanizmi kəskin temperatur dəyişikliyinə dözmür. Südəmər uşaqlarda son dərəcə ehtiyatlı olmaq lazımdır. Uşaqların yataq otağında kondisioner olmasa, yaxşıdır. Kondisioner başqa otağa qoyulmalı, amma temperatur rejimi və hava kütləsi elə tənzimlənməlidir ki, uşaq yatan otaqda da optimal temperatur əldə olunsun".

Sevinc

0