Sürətli yemək yeyənlərin nəzərinə...

SAĞLAMLIQ
20:39 / 19.07.2024
338

Sürətli yemək vərdişi bir çox insanın yaşadığı, lakin fərqində olmadığı bir vəziyyətdir. 

Ətrafımizda olan bir çox insan istehlak edəcəyi qidanı qısa müddətdə bitirir.

Halbuki qarşısındakı insan həmin yeməyin heç yarısını belə yeməyib.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, sürətli yemək yeyən insanlarda qan şəkərinin konsentrasiyasında kəskin artım müşahidə oluna bilər. Qlükoza səviyyəsinin artması bədənin qida qəbuluna normal reaksiyasıdır, lakin ölçülmüş doyma ilə bu proses daha uzun çəkir: 

"Sürətli yemək piylənmə riskini artırır. Yavaş yeyən iştirakçılardan 21,5, normal sürətlə yeyənlərdən 30, sürətli yemək yeyənlərdən isə 45 faizinin piylənmədən əziyyət çəkir. Həmçinin, sürətli yemək yeyən şəxslər yeməyi kifayət qədər çeynəmir və dadını hiss etməkdə çətinlik çəkirlər. Doyma siqnallarının çatmasında çətinlik yarananda da insan toxluq hiss etmir və daha çox yemək istəyir. Bu da artıq çəki və hətta obeziteyə səbəb ola bilər".

Sevinc

0