Qarpızın ən az özü qədər faydalı qabığı...

SAĞLAMLIQ
20:54 / 31.07.2024
350

“Qarpız qabığını atırıq, lakin onun nə dərəcədə faydalı olduğunu bilmirik. Qarpızın yaşıl və qırmızı hissəsi arasındakı ağ zolaq onun ən faydalı hissəsidir”.

Bunu Hit.az-a fitoterapevt Yasəmən Əliyeva deyib.

O bildirib ki, qarpız qabığındakı amin turşular həm kişilərdə, həm də qadınlarda cinsi istəyi gücləndirir:

“Qarpız qabığındakı liflər bağırsaq tənbəlliyində, qəbizlikdə çox faydalıdır. Babasilin müalicəsində  qurudulmuş qarpız qabığının dəmləməsindən istifadə olunur.  Qarpız qabığındakı likopen xərçəng xəstəliyinin müalicə və profilaktikasında faydalıdır. Qarpız qabığı dişlər, üz dərisini ağardır və parlaq edir, qurdları tökür. Qarpız qabıqları həm də böyrəkləri və öd kisəsini kiçik ölçülü qumlardan təmizləyir, o həm də yaxşı ödqovucu, sidikqovucudur".

O xanımlara mövsümündə yetişmiş qarpız qabığı ilə üz maskaları hazırlamağı tövsiyə edib.

Murad

0