18-29 yaşlı qadınlar daha çox abort etdirir?

SAĞLAMLIQ
19:38 / 11.09.2024
278

Bir çox qadınlar müəyyən səbəblərdən dolayı hamiləliyi arzuolunmaz hesab etdiyi üçün, süni yolla (abort etdirməklə) pozdurur. 

Bunun üçün müxtəlif səbəb və bəhanələr gətirirlər.

Araşdırmalar zamanı müəyyən edilib ki, abort etdirən qadınlar arasında 18-29 yaşlı qadınlar  üstünlük təşkil edir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, qadınlar hamiləliyin pozulması üçün daha çox 25-29 və 30-34 yaş aralığında tibb müəssisələrinə müraciət edir:

"Hamiləliyin pozulması halı müxtəlis səbəblərdən baş verir. İnkişafdan qalmış hamiləlik, dölün bətndaxili inkişaf qüsuru, mamalıq ağırlaşmaları bu yaşda daha yüksək tezliklə rast gəlinir.Həmçinin, qız uşağı istəmədiyi üçün abort etdirən qadınlarda var. Və bu qadınların sayı heç də az deyil. Bununla yanaşı, nikahdankənar hamiləlik olur. Bu zaman tərəflər həmin hamiləliyi pozmağa qərar verir. Istənilən halda hamiləliyin pozulması qadın sağlamlığı üçün riskdir”.

Sevinc

0