Birdəfəlik çaylar içilməlidir?

SAĞLAMLIQ
19:09 / 16.04.2025
131

“Bir çox çay paketinin tərkibində mikroplastik var. Çay paketi dəmlənəndə fincana 16 mikroqrama qədər mikroplastik daxil olur”. 

Bu sözləri Hit.az-a dietoloq Leyla Sarıyeva deyib.

O bildirib ki, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çayların təhlükə riski dəmlənmə çaylarla müqayisədə daha çoxdur: 

"Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş çayların paketləri suda rahat islanması və cırılmaması üçün xüsusi kimyəvi vasitələrdən istifadə olunaraq , istehsal edilir və xüsusi qurğular vasitəsilə qurudulur. Həmçinin, araşdırmalar göstərir ki, bu çayların orqanizm və sağlamlıq üçün təhlükə yaratmaq riski də var".
 
Sevinc

0