Britaniya şahzadəsinin gizli istedadı hər kəsi heyrətə saldı - VİDEO

20:53 / 14.05.2023
997

Artıq xəbər verdiyimiz kimi, ötən gün Liverpulda Avroviziya müsabiqəsinin final mərhələsi başa çatdı. Ölkəsini nüfuzlu mahnı yarışında ikinci dəfə təmsil edən mərakeş əsilli isveçli müğənni Lorin bir daha qalib gəldi.

Yarışma bir çox hadisələrlə yadda qalıb. Xüsusilə Uels şahzadəsi Keyt Middltonun Avroviziya 2023 finalına həsr olunmuş videoçarxda iştirak etməsi hər kəs üçün sürpriz olub.

"Jenny Packham" imzalı mavi paltarda Vindzor qalasında piano arxasına keçən Keyt Co Praysın və Kojo Samuelin mahnısını ifa edib. O, obrazını II Elizabetin sırğaları ilə tamamlayıb.//Publika.az

 

0