Nizami Kino Mərkəzində “Sirr” filminin təqdimatı keçirildi - VİDEO

MƏDƏNİYYƏT
17:50 / 27.05.2023
857

Mayın 27-də saat 19:00-da Nizami Kino Mərkəzində “Sirr” bədii filminin təqdimat mərasimi keçirilib. 

Filmin qala gecəsində dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət nümayəndələri, rejissorlar, media nümayəndələri iştirak ediblər. 

Quruluşcu rejissoru və ssenari müəllifi Aqil Nağıyev olan ekran işi real hadisələr əsasında çəkilib. Filmin çəkilməsində məqsəd uşaq zorkalığına və pedofiliyaya qarşı maarifləndirmə və çağırışdır.

Dram janrında olan olan film bir ay ərzində ərsəyə gəlib.  

Filmdə baş obrazı Azad adlı şəxs canlandırır. Azad məktəblərin birində mühafizə rəisi vəzifəsində çalışır. O, işlədiyi məktəb direktorunu döyür. 

Hadisə nəticəsində məktəbin direktoru şikəst qalır. Azad isə 5 il azadlıqdan məhrum olur. Həbs müddəti bitdikdən sonra azadlığa buraxılır və iş axtarmağa başlayır. Elə əsas hadisələr də bundan sonra başlayır.

Ekran işinin Quruluşçu rejissoru və ssenari müəllifi Aqil Nağıyev, Baş prodüser Ruslan Məmmədov, Quruluşçu operatoru Nicat Əhmədov, aktyorlar Rüfət Nəzər, Sima Şabanova, Vaqif Kərimov, Faiq Zeynallı, Elşən Məmmədov, Seymur Tağıyev, Aydan Salahova, Zəhra Sultanzadədir. Xronometraj 93 dəqiqədir.

Filmin çəkilməsində təşkilatı dəstəyi “Lake Palace” hotel, informasiya dəstəyini isə “Xəzər TV”, “Xəzər FM” və “Araz FM" göstərib. 

 

0