Cəmiyyəti apatiyadan oyatmaq üçün "Apatiya" lazım idi

MƏDƏNİYYƏT
16:18 / 22.02.2024
346

Bir neçə gündür sosial şəbəkələrdə  son günlərin ən hay küylü filmi olan “Apatiya”nın müzakirəsi gedir. Film çox ağırdır və hər adamın anlayacağı dildə deyil. Lakin bəzi intim səhnələr var ki, onların izaha ehtiyacı yoxdur və məhz bu səhnələr “Apatiya”nın reklamına çevrildi. 

Film niyə çəkilib və bu səhnələrə ehtiyac var idimi?

Hit.az-ın sualını cavablandıran rejissor Hikmət Rəhimov bildirib ki, bu film cəmiyyətin qüsurlarına güzgü tutmaq üçün çəkilib.

"İnsanlar bir-birləri ilə rəqabətə girəndə əsl xarakterləri üzə çıxır. 2024-cü ildə bəşəriyyətin dadmadığı heç nə, heç bir duyğu yoxdur, artıq insanlıq bilmir nəyi təcrübə eləsin. Elə şeylər var ki, bəşəriyyət onu yaşamamalıdır, yaşasa boşluğa düşür, apatiya yaşayır. Film bunu göstərməyə çalışıb.

Aktyor oyunu məntiqli, ifadəli, təsirli olmalıdır. Açığı, filmə bu dərəcədə reaksiyaların olacağını gözləyirdim, bəzi həqiqətlər var ki, onunla üz-üzə qalmaqdan çəkinirik. Amma məhz o momentlər marağımızı çəkir. Bu səhnə ilə bağlı mənfi və müsbət rəylər oldu. Olsun. Əsas odur ki, görülən iş barəsində danışılsın", deyə rejissor qeyd edib.

Murad

0