Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib.
Bu barədə Hit.az-a onun qızı İntizar ismayıl məlumat verib.
O bildirib ki, həkimlər şairin xəstəxana şəraitində müalicə almasını məsləhət görüb:
"Müayinələr tamamlanıb. Ayaqlarında olan ağrıların azalması üçün müalicə kursu xəstəxana şəraitində aparılır. Ağrıları davam edir".
Qeyd edək ki, Heydər Əliyev Fondu tanınmış şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın səhhətində problem yaranıb. Amma aparılan müalicələrin nəticəsi olmayıb.
Azra