Vəd var, əməl yox...

MƏDƏNİYYƏT
22:41 / 15.08.2024
740

2023-cü ilin mayında “Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “START-2023” film layihəsi üzrə qaliblər elan olunub.

“Tammetrajlı bədii film layihəsi” kateqoriyasında Rövşən İsgəndərovun “Özgə ağrı”-sı qalib gəlib.

Hit.az-ın xəbərinə görə, hər kateqoriyada birinci yerin qalibi olmuş layihələr “Azərbaycanfilm” kinostudiyasında istehsal olunacaq deyə vəd verilmişdi. 

Amma qalib gəlmiş ssenari filmə çevrilməyib, “Azərbaycanfilm”in sabiq rəhbəri Nazim Hüseynov sözünün üstündə dayanmayıb. Səbəb isə maliyyənin olmaması göstərilib.

Bəs dövlətin film çəkilişləri üçün ayırdığı büdcə nə üçündür? 

Hər bir halda maliyyə tapmaq olardı. Axı müsabiqə təşkil olunanda bu öncədən nəzərə alınır. Zaman nə aktyorların, nə rejissorların xeyrinə işləmir.

Murad

0