Türkiyənin “Kanal D” telekanalının son 2 ilə damğa vuran serialı “Eşref Rüya” ilə bağlı sürpriz qərar verilib.
Hit.az xəbər verir ki, ekran işi yenidən çəkiləcək.
Bu dəfə isə layihənin adı “Eşref Rüya” deyil, “Eşref Tek” olacaq. Üstəlik, “Kanal D” və ya başqa telekanalda nümayiş olunmayacaq. Yeni serial “Prime Video” platformasında yayımlanacaq. Bu serialı da “Eşref Rüya”nın ssenaristləri olan Ethem Özışık, Lokman Maral və Ozan Ağaç yazacaq. Layihənin baş rolunu da təbii ki, Çağatay Ulusoy canlandıracaq.
Yeni serialda “Eşref Tek”in yeraltında yüksəlmədən əvvəlki həyatı və mübarizəsi göstəriləcək. Ekran işində onun “Kadir”lə necə tanış olduğu və “Rüya”nı axtarması da izləyicilərə təqdim olunacaq. Serialın çəkilişlərinə tezliklə start veriləcək.
Pərviz

