Baş Prokurorluq işə qəbul qaydalarını açıqladı

SİYASƏT
19:48 / 28.08.2020
878

Baş Prokurorluq Azərbaycanın prokurorluq orqanlarında işə qəbul qaydalarına aydınlıq gətirib.

Qurumun Mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı sualların cavablandırılması qərara alınıb.

Bu məqsədlə prokurorluğun bütün fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması təmin olunacaqdır.

0