Ərdoğandan Ermənistana sərt mesaj: "İndi nəticə vaxtıdır..."

SİYASƏT
16:32 / 01.10.2020
1390

"İndi nəticə vaxtıdır. İşğalçılara reaksiya verməyənlərin sözünün bizim nəzdimizdə qiyməti yoxdur".

HİT.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun hələ də atəşkəs çağırışı etməsi qəbuledilməzdir və işğalçılar bu torpaqlardan çıxmalıdırlar ki, bir həll yolu olsun.

"Türkiyə olaraq azərbaycanlı qardaşlarımıza bütün imkanlarımızla dəstək verməyi davam etdirəcəyik. Bu bölgədə davamlı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir. Ermənistan rəhbərliyini hər şeyi kənara atıb təkidlə Türkiyəyə böhtan atma səyləri də xilas etməyəcək. Bu quldur dövləti dəstəkləyənləri insanlığın ortaq vicdanı qarşısında sorğu-sual ediləcəkləri barədə xəbərdar edirəm", - deyə Ərdoğan əlavə edib.

0