"Türkiyə artıq masadadır" - Hikmət Hacıyev

SİYASƏT
15:55 / 10.10.2020
1079

“Türkiyə artıq masadadır. ATƏT-in Minsk qrupunun üzv ölkələrindən biri olmaqla yanaşı, eyni zamanda regionun qonşu ölkəsidir”.

HİT.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, vəziyyət Ankaranı da ciddi narahat edir. 

"Davamlı sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdırlar. Minsk qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə iştirakı yaxından gözlənilir".

1