BMT-nin qətnamələrinin icrası vacibdir - Qulam İsakzai

SİYASƏT
20:32 / 12.10.2020
778

Gəncə şəhərinə böyük hücumun baş verdiyi yerə səfər etdim. Həyatını itirənlərə başsağlığı verirəm, yaralananlara şəfa diləyirəm.

HİT.Az azvision.az-a istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai sosial şəbəkə hesabında yazıb.

"Mülki şəxslərin və mülki infrastrukturların beynəlxalq humanitar qanun çərçivəsində qorunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyini bir daha qeyd edirəm. Ehtiyac olduğu təqdirdə BMT humanitar ehtiyacları qarşılamağa hazırdır", - deyə Qulam İsakzai qeyd edib.



0