Erməni ordusunda daha bir biabırçılıq...

13:00 / 13.10.2020
1228

İşğalçı Ermənistan tərəfi daha bir rəzil açıqlaması ilə müzakirələrə səbəb olub.

“Sputnik Ermənistan”ın verdiyi xəbərə görə, məlum olub ki, Ermənistan silahlı qüvvələrindəki hərc-mərclik və nizamsızlıq nəticəsində orduda itkilərin hesablanmasında da uyğunsuzluqlar var. Belə ki, bu gün qondarma rejimin Müdafiə Nazirliyi Qarabağdakı döyüşlər zamanı ölən erməni əsgərlərin 12-13 oktyabr tarixli siyahısında on əsgərin adının səhv qeyd olunduğunu, onların sağ olduğunu açıqlayıb.

Qeyd edək ki, sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Ermənistan ordusu xeyli itki versə də, rəsmi şəxslər ölüm sayını bilərək azaldır.

0
Qafqazinfo.az