Şuşa ətrafında düşmənin yüksək rütbəli zabitləri məhv edildi - FOTO

SİYASƏT
12:24 / 07.11.2020
3447

Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum hərbi əməliyyatları zamanı düşmənin daha bir neçə yüksək rütbəli hərbçiləri məhv edilib.

Şuşa ətrafında gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən polkovnik Artyom Mirzoyan, kəşfiyyat qrupunun komandirləri - Gnel Fidanyan və Mixayıl Sirunyan, həmçinin baş leytenant Hamlet Hovhanes Qriqoryan və kapitan Vardan İlikinyan məhv edilib.

Məlumatı hərbi jurnalist Tofiq Şahmuradov yayımlayıb.

1
qafqazinfo.az