Rusiya sülhməramlıları Qarabağa gəlməyə başladı - Qərargah Xankəndində olacaq

SİYASƏT
10:18 / 10.11.2020
3203

Rusiya Müdafiə Nazirliyi bu gün Bakı vaxtı ilə saat 8.00-dan etibarən sülhməramlı qüvvələrin Qarabağa yeridilməsinə başlayıb.

Rusiya KİV xəbər verir ki, sülhməramlıları və onların hərbi texnikasını daşıyan ilk 4 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələrin göyərtələrində sülhməramlı qüvvələrin şəxsi heyəti, zirehli transportyorlar, maddi-texniki vasitələr yer alır.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış birgə sazişə əsasən 1960 hərbçidən, 90 zirehli transportyordan və 380 vahid avtomobil texnikasından ibarət olan sülhməramlı qüvvələr Qarabağda yerləşdiriləcək.

“Rusiya sülhməramlı qüvvələrinin regiona göndərilməsi əməliyyatı İl-76 nəqliyyat təyyarələrinin də cəlb edilməsi ilə kombinə edilmiş şəkildə həyata keçiriləcək”,-Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, sülhməramlı əməliyyatın idarə edilməsi üçün Xankəndi şəhəri rayonunda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı yerləşdiriləcək.

8
Virtualaz.org