Milli Məclis Prezidenti təbrik etdi

SİYASƏT
11:08 / 23.12.2022
814

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

HİT.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ailəsində anadan olub:

"Təklif edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayaq".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

0