Zati - Aliləri, Möhtərəm, Cənab Prezident İlham Əliyev!

SİYASƏT
14:00 / 24.12.2022
1245

Sizi, doğum gününüz münasibətilə "BUTA" körpələr evi - uşaq bağçasının kollektivi və "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin üzvləri adından ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti, şərəfli və çətin fəaliyyətinizdə yeni - yeni nəaliyyətlər, qələbələr diləyirəm.

Sizin unikal sərkərdəlik və diplomatik məharətinizin, peşəkar və yüksək səviyyəli idarəçilik istedadınızın nəticəsində bu gün ölkəmiz dünyada  müstəqil, azad, qüdrətli dövlət kimi söz sahibinə çevrilib. İstər Beynəlxalq arenada, istərsə də media aləmində uğurlarımız geniş şəkildə işıqlandırılır və etiraf edilir. 

Dünyanın güclü və önəmli siyasi liderlərindən biri kimi vətənimizə, dövlətimizə bağlı bütün soydaşlarımızla bərabər  biz Butaçılar da sizinlə fəxr edir, qürur duyuruq! 

Bir daha Sizi, ailənizi doğum gününüz münasibətilə təbrik edirəm. Uca Tanrı Sizi qorusun. Amin! 

Günay Ağamalı

24 Dekabr 2022 - ci il

0