Xankəndidəki aksiyada əslində neçə nəfər iştirak edib? - FOTO

00:56 / 26.12.2022
1190

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər Xankəndi şəhərində mitinq keçiriblər.

Erməni mənbələri “izdihamlı mitinq” adı verdikləri aksiyaya 70 min insanın gəldiyi məlumatını yayıblar.

Faktyoxla.az açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün “Mapcheking”əlavəsinə Xankəndidəki “Dirçəliş” meydanında keçirilən aksiyanın konturlarını əlavə edib.

Əldə edilən foto və videolar əsasında meydanın sağ və sol kənarlarında əhali sığlığının çox aşağı olduğunu (hər kv. metrə 0,7 nəfər), 220 metr uzunluğu, 7 metr eni olan parçanı və tirbunanın qarşısındakı boşluğu nəzərə alıb, hər kv.metrə orta hesabla 2 nəfərin düşdüyünü əsas götürərək məlumatları “mapcheking” əlavəsinə daxil edilib. Nəticə 17581 nəfər göstərilib.

Bu faktların hamısı erməni mənbələrindən götürdüyünü bir daha qeyd olunub.

Beləliklə, 25 dekabr 2022-ci ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində ermənilərin keçirdikləri mitinqdə 70 min deyil, 17 min 581 nəfər toplaşıb. Erməni mənbələrinin məlumatında rəqəmlər dəfələrlə şişirdilib. (Faktyoxla.az)

0