\"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır\" - Azərbaycan MN

15:12 / 19.01.2023
637

Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə HİT.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

0