Antiterror əməliyyatı: Azərbaycan suveren hüququnu təmin edir

15:44 / 19.09.2023
748

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatlarına başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qarabağdakı separatçılara qarşı lokal hərbi əməliyyatlar həyata keçirilir:

"Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır”.

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, antiterror tədbirlərinin həyata keçirilməsi ölkəmizin suveren haqqlarının təminatı üçündür:

334051

"Ermənistan tərəfi bugünə qədər diversiya aktlarının icrası davam etdirilib. Üstəlik, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatın 4-cü maddəsi hələ də icra edilməyib. Yəni separatçılar bölgədən təmizlənməyib. Mina terroru isə can almağa davam edir. 

Üstəlik, bölgədə sülh bərqərar olmur. Bütün bunların səbəbi hələ də Qarabağda var olan erməni separatçılarıdır. Ona görə də hazırda Azərbaycan tərəfindən antiterror əməliyyatına başlanılıb. Lakin bu tədbirlər lokal olaraq həyata keçirilir. Hazırda nöqtə atışları ilə lokal tədbirlər görülür".

Pərviz

0