17:08 / 20.09.2023
462

Azərbaycan Ordusunun qələbəsi: Ermənilər yenə təslim oldu

“Azərbaycan tərəfi qarşısına qoyduğu hədəfə çatmaq və təxribatların qarşısını almaq üçün lokal antiterror əməliyyatlarına başladı”.

Bunu politoloq Turab Rzayev HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bununla da düşmənin hərbi qüvvəsinin, istehkamlarının və bizə qarşı döyüş hazırlığına gətirdiyi texnikaların sıradan çıxarılması ilə bağlı təbirlər həyata keçirdi:

334132

“10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan və Rusiya Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı dəstələrin çıxarılması ilə bağlı öhdəlik götürüb. Ancaq bu, yerinə yetirilmirdi. Hətta həmin silahlarla bizə qarşı hücum edir və təxribat törədirdilər. 

Bundan sonra isə Qarabağdakı qanunsuz erməni silahlı dəstələrindən Azərbaycan vətəndaşlarını şəhid edənlər müəyyənləşəcək və cinayət məsuliyyətinə cəlb olunacaq. Əli Azərbaycan vətəndaşlarının qanına batmayanlar isə əfv olunacaq. Həmçinin, mina, terror və diversiya təhlükələri də aradan qaldırılacaq".

Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu sadəcə 24 saat ərzində ermənilərə yaxşı bir dərs verdi:

"Azərbaycan tərəfi inteqrasiya prosesinin də sürətlənməsini istəyir. Ağdam-Xankəndi yolunun açılması və daha əvvəlki görüş təkliflərimiz də bununla bağlı idi. Ancaq qarşı tərəf bu şərtləri qəbul etmədi. Ona görə də reinteqrasiya prosesini onlara şərt olaraq qoyacağıq. Düşününürəm ki, sabah Yevlaxda keçiriləcək görüşdə reinteqrasiyanın şərtləri də irəli sürüləcək".

Pərviz

0