Ərdoğanın Naxçıvan səfərinin pərdəarxası: "Mən Azərbaycanı tək buraxmıram"

SİYASƏT
17:21 / 25.09.2023
411

"Ərdoğanın səfəri təsadüfi səfər deyil. Özü də Naxçıvana səfər etməsi".

Bu sözləri Hit.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

 O bildirib ki, son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı məsələlər tez-tez gündəmə gətirilir:

"Elə Türkiyə Nəqliyyat naziri də yaxın günlərdə bu məsələyə toxundu. Zəngəzur dəhliizi  məsələsi reallığa yaxınlaşmaq üzrədir. Azərbaycanın Qarabağda son əldə etdiyi uğurlar, antiterror tədbirləri öz bəhrəsini verdi. Artıq yavaş-yavaş növbəti hədəfin Zəngəzurda reallaşdırılması gerçəkləşdirilir. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün önəmlidir. Ərdoğanın Naxçıvana səfər etməsinin səbəbi odur ki, "Mən Naxçıvana gəldim, növbəti hədəf Zəngəzurun açılmasıdır". Zəngəzur dəhlizinin açılması regionun imicinə də müsbət təsir edəcək. Bu baxımdan bu gün dəhlizin açılmasında Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərir.

Azərbaycana qarşı bəzi güc mərkəzlərindən təzyiq olsa da, Türkiyə burada olmaqla "mən Azərbaycanı tək buraxmıram", mesajını vermiş olur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan Azərbaycanda səfərdədir.

Aynur Əli

0