Türk dövlətlərinin 10-cu Zirvə görüşündən gözləntilər - Enerji təhlükəsizliyi

SİYASƏT
18:45 / 02.11.2023
557

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.

Maraqlıdır, Qazaxıstanda keçiriləcək Zirvə toplantısından gözləntilər nələrdir? 

Politoloq Elşən Manafov Hit.az-a açıqlamasında bildirib ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq da türkdilli dövlətlərin gündəmində olan məsələlərdəndir:

"Türk dilli dövlət başçılarının Qazaxıstanda keçirilən 10-cu Zirvə Toplantısı dünyanın qlobal təhlükəsizlik problemlərinə fərqli mövqe və baxışları olan geosiyasi güc mərkəzləri arasında qarşılıqlı təhdidlərin gücləndiyi bir dövrdə öz işinə başlayır.

Türk dövlətləri hazırda dünyadakı gərginlik ocaqlarının yaxınlığında olmaqla müasir dünyanın bir, yoxsa çox qütblü ola biləcəyi ilə bağlı geosiyasi proseslərin içində yer alıb.

Birliyin tərkibində olan dövlətlər fərqli hərbi, siyasi blokların tərkibindədirlər. Türkiyə NATO, Qazaxıstan və Qırğızıstan KTƏM-nin tərkibində, Azərbaycan və Türkmənistan isə bitərəf dövlətlərin cərgəsindədirlər.

Bununla belə, bu dövlətlər regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlərə eyni mövqedən yanaşa bilirlər.

Dəhlizlər,xüsusilə Çinin "bir kəmər, bir yol" layihəsinə muünasibətdə də türkdilli dövlətlərin mövqeləri bir-birini tamamlayır.

Bötövlükdə isə bu birlik türk dilli dövlətlər arasında iqtisadi, ticari, humanitar və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi məqsədilə ərsəyə gəlib. Hazırda enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq da türkdilli dövlətlərin gündəmində olan məsələlərdəndir".

Aynur Əli

0