Zəngəzur dəhlizi açılacaq: "Çox vacib məsələdir"

SİYASƏT
12:36 / 12.01.2024
535

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın qərb əyalətlərini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi açılmasa, Ermənistanla sərhədlər açılamayacaq. 

Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, ən uyğun variant Mehri rayonundan keçəcək marşrutdur:

"Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlayış olmadan keçməlidir. Əks halda Ermənistan sonsuzadək dalanda dirənəcək. Qeyd etdiyim marşrut açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq".

Bununla da Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələyə son nöqtəni qoydu.

Politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı reallıq ortaya çıxdı:

341628

"1920-ci illərdə Zəngəzurun, Göyçə mahalının, Dərələyəzin SSRİ vasitəsilə Ermənistana verilməsi onların tarixi Azərbaycan torpaqları olduğu faktını dəyişmir. Üstəlik, bunu tarix, siyasət və dövlətçilik üçün uzaq keçmiş hesab etmək olmaz. Ancaq Azərbaycan bu gün sırf dəhliz üzərindən prosesi həyata keçirir. 

Dövlət başçısı da bildirir ki, Azərbaycandan öz ərazisi olan Naxçıvan Muxtar Respublikasına gedəcək yüklər yoxlanılmadan keçməlidir. Yəni Azərbaycanın yükləri Zəngəzur dəhlizindən keçərkən heç bir halda yoxlanılmamalıdır".

Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması çox vacib məsələdir:

"Azərbaycan Ermənistana sülhlə bağlı yekun qərara gəlməsi üçün çox zaman verdi. Ancaq təəssüf ki, rəsmi İrəvan buna adekvat addımlar atmadı. Əgər Ermənistan ona dəstək verən Qərb ölkələrini proseslərə cəlb edərək yekun sülh sənədinə zərbə vurmaq istəyirsə, Azərbaycanın reaksiyası ilə qarşılaşacağını da bilməlidir. 

Həmçinin, Prezident İlham Əliyev heç bir vasitəçi olmadan Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaya biləcəyini diqqətə çatdırıb. Düşünürəm ki, Ermənistan qarantiyanı sadəcə Azərbaycan və Türkiyədən almalıdır".

Pərviz

0