Fransa şirkətləri Azərbaycandan çıxarılmalıdırmı?

SİYASƏT
19:24 / 19.01.2024
380

Məlum olduğu kimi, Fransa açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edir. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.

Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir: 

1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin;
2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun;
3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın;
4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın;
5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.

İqtisadçı-ekspert Fuad İbrahimov Hit.az-a açıqlamasında bildirib ki, Fransanın 50-dək şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ancaq Makronun axmaq siyasəti ucbatından bütün bunlar nəzərə alınmır:

“Bunlar gör nə qədər başlarını itiriblər ki, Azərbaycanın geosiyasi əhəmiyyətini görməzdən gəlirlər. Məsələ ondadır ki, Azərbaycansız Fransanın Mərkəzi Asiya ölkələri ilə əlverişli əlaqələri mümkünsüzdür. Fransanın strateji maraqlarından baxsaq görərik ki, regionla ən uyğun tranzit yolu Azərbaycandan keçir. Bəli “Total” şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Xəzərin “Abşeron” yatağında qaz hasilatında paya malikdir”.

Sevinc

0