Paşinyan: "Mühacir Qarabağ hökumətini" tanımırıq"

SİYASƏT
11:34 / 28.03.2024
305

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ" "hökumətini" tanımır.

HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdid edir.

Paşinyan bildirib ki, Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir, mühacirətdə "hökumət" elan edir və s. addımlar atırlar.

"Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur", deyə Paşinyan hökumətin bugünkü iclasında qeyd edib.

0