Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı

SOSİAL
15:12 / 23.09.2026
89

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.

HİT.az ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təsdiqlənib.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri “Xezer-Construction” MMC-yə həvalə olunub.

Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 mln 229 min 641 manat ödəniləcək.

Qeyd edək ki, dövlət qurumu tərəfindən layihəsinin ehtimal olunan qiyməti daha öncə 49 mln 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi.

Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.

0