Ermənilərin təzə havası - “Mühacir dövlət” xülyası

SİYASƏT
17:30 / 29.03.2024
319

Necə deyərlər qulaq gündə bir söz eşitməsə kar olar. Ermənistan tərəfi bu mə nada bizim qulağımızı kar olmağa qoymur. Hər gün yeni sarsaq bir bəyanat və ya açıqlama eşidirik.

Növbəti açıqlama Qarabağın mühacir dövlətinin yaranması ilə bağlıdır.

“Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edir, mühacirətdə hökumət elan edir və digər addımlar atırlar. Ermənistan mühacirətdə olan belə bir "hökuməti" tanımır”.

 Bu fikirləri 2 gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib.

Paşinyanın bu bəyanatı Azərbaycanda necə qiymətləndirilir və ona güvənmək olarmı?

Hit.az-ın bu sualını siyasi şərhçi Mübariz Göyüşlü cavablandırır.

“Bu yaxında Qarabağ separatçılarının "başçı"sı Samvel Şahramanyan Fransanın "Le Figaro" qəzetinə müsahibəsində İrəvanda "mühacir Qarabağ hökuməti"nin mövcud olduğunu deyib. “Paşinyan bildirib ki, Ermənistan ərazisində özündən başqa bir hökumət ola bilməz. Paşinyanın mühacir Qarabağ hökumətini tanımaması ilə bağlı çıxışı Azərbaycan tərəfindən müsbət qiymətləndirilib. Qarabağ məsələsi artıq bitmişdir, Azərbaycan haqqı olan tarixi torpaqlarını geri qaytarmışdır. İndi revanşistlərin həm Paşinyanı, həm Azərbaycanı cəzalandırmaq üçün mühacirətdə Qarabağ hökumətini yaratmaq cəhdləri bəzi qüvvələrin Cənubi Qaqfqazdakı qara maraqlarına hesablanıb. Qarabağ məsələsi Azərbaycanın daxili məsələsidir, Dağlıq Qarabağ yox, Qarabağ iqtisadi rayonu var. Mühacir dövlət kimi absurd bir  xəyalın arxasınca düşən ermənilər həm öz dövlətləri, həm bizim üçün problemlər yarada bilərlər. Paşinyan yalnız bir açıqlama verib dayanmamalı, əməli hərəkətə keçməlidir. Onun əməli çalışmalar etməsində şübhələr var. Çox zaman əməli ilə sözü düz gəlmir. Hər bir halda Qarabağla bağlı məsələlərin tam həlli  Paşinyanın  da marağındadır. O öz xalqına Avropaya vizasız gediş- gəliş təklif edir, bunun üçün isə sülh və barış lazımdır. Düşünürəm ki, erməni xalıq da Avropaya yolların açılması məsləsini müharibədən daha çox istəyir”,- deyə o bildirib.

Murad

0