Ermənistanın son günlərdə Azərbaycanla şərti sərhədə zirehli texnika, canlı qüvvə və silah-sursat yığması diqqət çəkir.
Üstəlik, bunun davamlı şəkildə edilməsi də müşahidə olunur. Bu isə ağıllara yeni təxribat ehtimallarını gətirir.
Ümumiyyətlə, Ermənistan yeni təxribata hazırlaşır? Rəsmi İrəvanın məqsədi nədir?
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Hit.az-a açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanla şərti sərhəddə təxribat hazırlayır:
"Hesab edirəm ki, bu təxribat nəticəsində tərəflər arasında toqquşma yaşana bilər. Bu təxribatların olması isə 5 apreldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında keçiriləcək üçtərəfli görüşə təsadüf edir.
Məqsəd həmin qüvvələr ilə Azərbaycanı qarşı-qarşıya qoymaqdır. Bu siyasətə start verildiyinin də şahidi oluruq. Həmçinin, Ermənistanın son addımları Azərbaycanın anklav kəndlərin qaytarılması tələbinə cavab kimi qiymətləndirilə bilər".
Pərviz