Məzahir Pənahov: "Xoşagəlməz halların baş verməsindən heç kim sığortalanmayıb"

SİYASƏT
11:57 / 08.08.2024
234

"Bütün dünyada seçkilərdə milyonlarla insan iştirak edir və heç kim bu prosesdə xoşagəlməz halların olmasından sığortalanmayıb".

HİT.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mənfi halların qarşısını almaq üçün müəyyən maarifləndirici təlimlər həyata keçirilir:

"Bu fəaliyyətdə isə media orqanlarının rolu danılmazdır. Xoşagəlməz halların baş verməsindən də heç kim qorxmasın. Bu, qəbahət deyil".

0