Elza Seyidcahan YAP üzvlüyündən çıxarılıb? - AÇIQLAMA

12:27 / 14.08.2024
493

Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanın Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından uzaqlaşdırılması barədə məlumat yayılıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb kimi onun növbədənkənar parlament seçkilərində YAP-ın siyahısından kənar namizədliyini irəli sürməsi göstərilir. 

Hazırda təbliğat kampaniyasının aparan bəstəkar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb. İddia edilir ki, onun bu hərəkəti partiyanın siyasətinə zidd hesab olunub. Buna görə də onu cəzalandıraraq, partiya sıralarından kənarlaşdırıldığını deyilir.

Məsələ ilə bağlı Elza Seyidcahanla əlaqə saxladıq. Bəstəkar Qaynarinfo-ya açıqlamasında YAP-dan kənarlaşdırılması barədə xəbəri yalan adldandırıb:

"Bu şər-böhtan bizim səffaf qanunlarımıza, gözəl seçki platformamıza hörmətsizlikidr. Mən YAP-ın fəxr olunası üzvüyəm". 

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 125 seçki dairəsindən namizəd irəli sürüb. Ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc edilən siyahıda isə YAP-ın üzvü olub öz təşəbbüsü ilə namizəd olanlar da var. Bundan əvvəklki seçkilərdə YAP partiyanın icazəsi olmadan namizəd olan şəxsləri partiya sıralarında çıxarmışdı.
 

0