Azərbaycanla Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, iki ölkə arasında Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi belədir:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Sərəncamda qeyd olunub ki, Xarici İşlər Nazirliyi Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Əlcəzair tərəfinə müvafiq bildiriş göndərməlidir.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib. Sənədə əsasən, Azərbaycan və Çex hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.
Sərəncamla Anar Axundov - Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə isə bu dəyişikliklər barədə Çex Respublikasına müvafiq bildiriş göndərməsi tapşırılıb.
Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.


